Fevralın 25-də 70 yaşı tamam olan Ali Məhkəmənin sədri Ramiz Rzayev postundan getdiyini açıqlayıb. Kollektivlə keçirilən vida görüşündə o, vəzifədə olduğu 18 ildə dövlətçiliyə sədaqətlə xidmət etdiyini bildirib.
R. Rzayev gedişindən sonra Ali Məhkəmənin yeni sədrinin kim olacağı barədə diskusiyalar başlayıb. Ekspertlər media və sosial şəbəkələrdə bir neçə yüksək vəzifəli şəxsin yeni sədr olacağı barədə versiyalar səsləndiriblər.
Hüquq cameəsinə yaxın mənbələrdən “AzPolitika.info”-ya verilən məlumatda onların arasında Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Milli Məclisin Birinci vitse-spikeri, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri ƏliHüseynli və hazırda Ali Məhkəmənin sədri səlahiyyətlərini icra edən, sədrin müavini Çingiz Əsgərovun şansları daha yüksək dəyərləndirilir.