Bakı Şəhər Yaşıllaşdırma və Təsərrüfatı Birliyinə yeni direktor təyin edilib.
Pravda.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə bu vəzifəyə Mirdamət Seyidov təyin olunub.
Qeyd edək ki, Mirdaməd Seyidov bundan əvvəl Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Baş direktorunun müavini, Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədr müavini olub və Nizami rayon Hərbi Komissarlığında çalışıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Birliyin direktoru Həsrət Əmrahov işindən çıxarılıb. O, fəaliyyəti dövründə nöqsanlara yol verib, dəfələrlə xəbərdarlıq olunsa da, nəticə çıxarmayıb. Buna görə də vəzifəsindən azad edilib.
Digər məlumatda da bildirilir ki, Mirdamət Seyidovun vəzifədən azad olunmasının səbəbi "səhhətilə bağlı" deyil. Belə ki, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində Ulduz adlı qadının torpaq alıb, ərazidə ağacları kəsdirməsi sakinlərin narazılığına səbəb olub. Nəticədə ictimai asayişi qorumaq üçün əraziyə polis əməkdaşları cəlb edilib. Yaranan söz-söhbətə görə Həsrət Əmrahova töhmət verilib, daha sonra işdən çıxarılıb.
Qaynarinfo