Görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun I Fəxri xiyabanda ucaldılan qəbirüstü abidəsinin açılış mərasimi olub.
Pravda.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin sədri, Xalq artisti Rasim Balayev, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, deputat Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq yazıçısı Anar Rzayev, Bakı Musiqi Akademiyasın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli, tanınmış aktyor, aktisalar və Xalq artistinin ailə üzvləri iştirak edib.
Anar Rzayev çıxışına "Gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı" bayatısının misraları ilə başlayıb və R.İbrahimbəyovun yaradıcılığını yüksək qiymətləndirdiyini qeyd edib.
Rasim Balayev xatırladıb ki, R.İbrahimbəyovun vəfatından artıq bir il ötür: