Avropa İttifaqı Azərbaycanın Avropa İnsan Hüquqları Konvensiyasının bütün hallarda ölüm hökmünü qadağan edən protokolunu imzalamasını alqışlayır.
Avropa İttifaqı Azərbaycanın ölüm hökmünü qadağan edən protokolu imzalamasını alqışlayır
Pravda.az xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali komissarının mətbuat katibi Peter Stano öz tviter hesabında yazıb.
"Avropa İttifaqı bütün hallarda qəti və birmənalı şəkildə ölüm hökmünün əleyhinədir. Bu, qəddar və qeyri-insani cəzadır, insan ləyaqətinin və bütövlüyünün inkarını təmsil edir və cinayətə qarşı çəkindirici rol oynamır", - qeyd olunub.