Fransa Prezidenti Emmanuel Makronun kütləvi tətillər zamanı, vətəndaşların pensiya islahatını boykot edərkən ölkəni tərk edərək Konqoya səfər etməsi, oradakı barlardan birində əylənməsi vətəndaşların narazılığına səbəb olub.
Fransa sakinləri sosial şəbəkələrdə, habelə aksiyalarda prezidentə qarşı sərt ifadələr səsləndirir, onun bu hərəkətini pisləyirlər.
Qeyd edək ki, Makron Fransadakı kütləvi tətillər zamanı ölkəni tərk edərək Konqoya səfərə gedib. Beşinci Respublikanın vətəndaşları pensiya islahatını boykot edərkən, Emmanuel Makron barda vaxt keçirib.