Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

XİN: Zəlzələdən sonra Türkiyədə 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb

710
Paylaş:
XİN: Zəlzələdən sonra Türkiyədə 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb

"İndiyə qədər Türkiyədə 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir".

Bu barədə Pravda.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

"Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib", - məlumatda qeyd olunub.

Xatırladaq ki, zəlzələ baş vermiş gündən etibarən Türkiyədən Azərbaycana ümumilikdə 686 nəfər təxliyə olunub.

Paylaş:

Ən son xəbərlər