Azərbaycanın Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Mühəndis fizikası və elektronika kafedrasının müdiri, professor, el ağsaqqalı Eldar Mehralı oğlu Qocayev vəfat edib.
Pravda.az xəbər verir ki, alim martın 11-də gecə saatlarında dünyasını dəyişib.
Qocayev Eldar Mehralı oğlu 1944-cü ildə anadan olub.
1973-1990-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında əmək fəaliyyətinə başlayıb. Sumqayıt şəhərində işlədiyi dövrdə yeni ixtisasların açılmasında, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görüb. İşdə göstərdiyi xüsusi xidmətlərinə görə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Həmkarlar Təşkilatının fəxri fərmanına layiq görülüb.