Ürəyim istədiyimi edirəm, necə xoşum gəlir elə də kliplər çəkdirirəm. Oturub düşünmürəm ki, kim nə deyəcək, filan... Eldarla da yeni mahnımız olacaq, amma mahnı tapmaq bir az çətindir.
Pravda.az xəbər verir ki, bu sözləri müğənni Nigar Camal "MTV Maqazin"ə müzakirələrə səbəb olan kliplərindən danışarkən müsahibəsində deyib.
Qızlarından danışan 42 yaşlı sənətçi bildirib ki, onlar Londonda oxumağa və yaşamağa davam edəcəklər.