16-17 mart 2023-cü il tarixlində Baku Marriott Hotel Boulevard fəal uzunömürlülük sahəsində ən parlaq beynəlxalq mütəxəssisləri – “Viva La Vida” Beynəlxalq Uzunömürlülük Konqresini toplayacaqdır. Bu böyük hadisə ərəfəsində tədbirin təşkilatçıları ilə press-səhər yeməyi baş tutdu ki, burada Azərbaycanın aparıcı media nümayəndələri qeyri-rəsmi şəraitdə ünsiyyətdə olmaq imkanı əldə etdilər.
Bizim həmsöhbətimiz özlərinin peşə fəaliyyətini insan sağlamlığının, gəncliyinin və gözəlliyinin qorunması məsələlərinə həsr etmiş, qarşıdan gələn tədbirin ideoloji ilhamvericilərinə çevrilmiş iki fəal qadın oldular.

Həcər CƏFƏROVA, Sea Breeze Anti-Aging Center sağlamlıq kompleksinin yaradıcısı, SPA və Wellness – AWWA (Aesthetic & Wellness World Academy) və Aesthetic & Wellness Association sahəsində ixtisaslaşmaqla akkrteditasiyalı peşəkar akademiyanın təsisçisi. “Kaspi Mayr” yeni sağlamlıq kompleksinin novatoru və ideoloqu.
Uzunömürlülük sağlam həyat tərzi icmasında yaşamaq unikal konsepsiyasının yenilikçisi.
İlona ANSONE (Latviya), uzunömürlülük mərkəzlərinin, Medical Spa və Wellness mərkəzlərinin inkişafı ilə məşğul olan Possumus development şirkətinin yardıcısı. Mental Health və bədən yönümlü terapiya sahəsində mütəxəssis. Gözəllik sənayesində kadrların hazırlanması üçün “Beauty School”-un ortaq sahibi. Mental Health və bədən yönümlü terapiya sahəsində mütəxəssis.

– Niyə məhz uzunömürlülük mövzusuna bu qədər böyük diqqət ayrılıb?
İlona ANSONE: Əgər dünyadakı iri investisiya axınlarını diqqətlə öyrənsək, belə bir nəticəyə gəlmək olar ki, dünyada istisnasız olaraq bütün insanları narahat edən bu həyati məsələyə xüsusi diqqət cəlb edilib. İnvestorlar innovasiyalı texnologiyaların ixtirasına, laboratoriya açılışları, preventiv tibbin inkişafına, yeni farmasevtika məhsulları və həllərinin yaradılmasına sərmayə qoyurlar. İndi biz insana sağlamlığını qorumaqla və aydın şüurda olmaqla daha uzun yaşamağa imkan verəcək təkamülün, yeni kəşflərin astanasındayıq.

Belə səviyyədə konqres təkcə Azərbaycanda deyil, bütövlükdə regionda ilk dəfə keçirilir. Oxşar tədbirlərin ən irilərindən biri uzun illər ərzində ardıcıl olaraq ABŞ-da Las-Veqas şəhərində keçirilir. O, minlərlə insanı toplayır – bu həm göstərilən sahədə çalışan mütəxəssislərdir, həm də “mövzuda” qalmaq istəyən, bu sənayenin xidmətlərinin istehlakçılarının özləridir. Bu təəccüblü deyil, axı burada həm peşəkarlığın formalaşmasında kömək edəcək yeni bilikləri əldə etmək, həm də müxtəlif şirkətlər tərəfindən təklif edilən yenilikləri sınaqdan çıxarmaq mümkündür.

Həcər CƏFƏROVA: Konqresdə iştirak üçün Azərbaycana məhz həmin spikerlər gələcəklər ki, onlar belə qlobal tədbirlərdə iştirak edirlər. Bu əlamətdardır, axı Azərbaycanda uzunömürlülüyün saxlanması sahəsində dünyaya təıklif edə biləcəkləri var. Bizim ölkəmiz təkcə təbii sərvətləri ilə deyil, həm də unikal mətbəxi, ənənələri, tibbi təcrübələri ilə zəngindir. Azərbaycan qədim zamanlardan özünün uzunömürlülüləri ilə məşhurlaşmışdı və bu fenomen dünyada ciddi şəkildə öyrənilir. Konqres çərçivəsində bizim ölkəmizin özlərinin nəhəng təcrübələri ilə bölüşəcək nümayəndələri də çıxış edəcəklər.
Biz həm də vətəndaşlarımızın və qonaqlarımızın həyat və sağlamlığının yaxşılaşdırılması üçün yeni gözəl şərait yaradırıq. Artıq bu gün Sea Breeze Resort-un ərazisində Azərbaycanda ilk və yeganə Anti Age mərkəzi fəaliyyət göstərir. Biz komandamızın və xüsusən də həkimlərin daimi böyüməsi üçün çoxlu resurs əlavə edirik. Biz mütəmadi olaraq beynəlxalq mütəxəssisləri dəvət edirik, təlimlər keçiririk, onları yüksək səviyyəli beynəlxalq konfranslarda iştirak etmək üçün göndəririk.

Növbəti layihəmiz “Caspi Mayr” sağlamlıq və uzunömürlülük mərkəzidir.
Bu, tamamilə yeni kompleksdir, burada Azərbaycanda ilk dəfə olaraq Dr.Mayerin konsepsiyasına uyğun olaraq hazırlanmış patentləşdirilmiş Detox proqramından keçmək mümkün olacaq. Proqram bir çox beynəlxalq mükafatlara layiq görülüb və ən yaxşısı kimi tanınıb. Eləcə də bioloji yaşı azaltmaq üçün unikal Uzunömürlülük proqramıdır.
O, Xəzər dənizinin sahilində yerləşir, burada dəniz havası yalnız bu müalicəvi texnikanın bütün üstünlüklərini artırır. Artıq indi böyük bir layihənin tərkib hissəsi olan, sakinlər sağlamlıq kompleksinin infrastrukturundan istifadə etmək üçün xüsusi şərait əldə edəcək, ən əsası isə icmanın bir hissəsinə çevriləcək “Caspi Mayr” villalarını almaq imkanı yaranıb.

Konqres iştirakçılarının özləri üçün götürə biləcəkləri ən əsas şeyi vurğulayın?
İlona ANSONE: Bizim tədbirdə iştirak edən spikerlərin hər biri öz istiqamətini təmsil edir. Bizim https://vivalavidacongress.com/ saytında onların öz həyatlarını həsr etdikləri peşə fəaliyyəti istiqamətləri göstərilib. Bu tədqiqatlar sadəcə unikaldır.
Konqresdə iştirak etmək üçün dəvət etdiyimiz mütəxəssislər daha dar sahələr üzrə ekspertlərdir. Ümumiyyətlə, bu sahədə baş verənlər barədə məlumatlılığınızı genişləndirməyi tövsiyə edirik. Bu, daha bacarıqlı və tələbkar olmağa kömək edir, ən yaxşı nəticə əldə etmək üçün digər mütəxəssislərlə birlikdə işləməyə kömək edir. Bu tədqiqatlar sadəcə unikal və ən əsası təzə və aktualdır.



