Türkiyəli müğənni Mahsun Kırmızıgülün Bakı Konqres Mərkəzində keçirilən konsertində duyğulu anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, konsert zamanı Vətən müharibəsi şəhidi Anar İsrafilovun vaxtilə Mahsun Kırmızıgülün repertuarından oxuduğu “Annem-annem” mahnısı böyük ekranda nümayiş etdirilib.
Mahsunun səsinə bənzərliyi ilə diqqət çəkən şəhid ifasından sonra tamaşaçılar ayağa qalxıb və zalı alqış sədası bürüyüb.