Mahsun Kırmızıgülün Bakı konserti maraqlı anlara səhnə olub.
Pravda.az OLAY-a istinadən xəbər verir ki, öncə bütün zalı Türkiyədə zəlzələdə həyatını itirən şəxsləri anmaq üçün bir dəqiqəlik sayğı duruşuna səsləyib. Bu zaman zalda olan hər kəs ayağa qalxaraq bir dəqiqəlik sükut edib.
Daha sonra sənətçi sevilən hitlərini səsləndirməyə, mahnıları ilə bağlı hekayələr danışmağa başlayıb.
Konsertin irəliləyən dəqiqələrdə sevənlərindən biri Mahsuna onun portretini təqdim edib. Lakin portreti çəkən şəxsin fiziki məhdudiyyətli olduğunu bildirərək, onun səhnəyə gələ bilməyəcəyini deyib. Bu zaman Kırmızıgül özü həmin şəxsə yaxınlaşıb. Onunla şəkil çəkdirdikdən sonra zalı gəzmək fikrinə düşən sənətçiyə mühafizəçilər yoldaşlıq etsə də, Mahsun “Mənə burada heç nə olmaz. Bilmirsiniz ki, mən özüm Lənkəranlıyam?”, - deyə, bildirib.