Bakıda fəaliyyət göstərən əyləncə məkanlarından birinin sosial şəbəkə hesabında paylaşdığı elan müzakirələrə səbəb olub.
Pravda.az Modern.az-a istinadən xəbər verir ki, müştərilərə ünvanlanan müraciətdə bildirilib ki, məkana yalnız zəngin oğlanlar və xanımlar buraxılacaq, maddi baxımdan imkansız insanların girişinə icazə verilməyəcək.
