"Siyasi partiyalar haqqında” yeni qanunun təsdiqlənməsindən sonra keçmiş səhiyyə naziri Əli İnsanovun sədri olduğu Haqq və Ədalət Partiyasının (HƏP) fəallaşması müşahidə olunur. Qaynarinfo-ya daxil olan məlumata görə, bu fəallıq səbəbsiz deyil.
İddialara görə, Əli İnsanov "Siyasi partiyalar haqqında” yeni qanundan sonra bir çox partiyaların fəaliyyətini dayandıracağının fərqindədir. Bu baxımdan, indidən HƏP-i müxalifətin əsas təşkilatına çevirməyə çalışır.
Məlumatlarda bildirilir ki, keçmiş nazir partiyasının üzvlərinin sayını artırmaqla yanaşı, yeni qanunun tələblərinə cavab verməyən partiyalara elçi göndərərək, onları HƏP-ə birləşməyə dəvət edib. Əli İnsanovun birləşmək təklifində partiya sədrlərinə HƏP-in rəhbərliyində təmsilçilik məsələsi də yer alıb.