Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Qanunsuz dini yığıncaq təşkil edən qadınla bağlı qərar verildi

816
Paylaş:
Qanunsuz dini yığıncaq təşkil edən qadınla bağlı qərar verildi

Göyçayda qanunsuz dini yığıncaq təşkil edən qadın müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Samirə Cəfərova Göyçay Rayon Polis Şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər zamanı saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin, eləcə də keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsi ilə protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə S.Cəfərova 2 min manat cərimə olunub.

Paylaş:

Ən son xəbərlər