Martın 14-ü gecə yarısı rediaksiyası xaricdə yerləşən Əli Kərimlinin əsas tribunası “Azadlıq” qəzeti Bəxtiyar Sadıqovu müdafiə edən tələsik yazı paylaşıb.
“Rəsmi qəzetin baş redaktoru niyə rəsmi şantaj hədəfinə çevrilib?” sərlövhəli yazıda Prezident Administrasiyası, Milli Məclis, Medianın İnkişafı Agentliyi hədəf alınır, Bəxtiyar Sadıqov haqqında yazan jurnalistləri Prezident Aparatından tezis, Media Agentliyindən pul almaqda ittiham edilir. İddiaya baxın: “Sanki Azərbaycanda Ramiz Mehdiyevin dövründə işləyən, onun tapşırıqlarını yerinə yetirən ancaq Sadıqov imiş, sanki özləri Mehdiyevin şinelindən çıxmayıblarmış”.
“Azərbaycanın bütün qəzetləri hakimiyyətin əvvəllər bilərəkdən indiki “kerativ”lərinsə bilməyərəkdən səriştəsizcəsinə apardıqları media siyasəti nəticəsində ictimai etimadı itirməklə yanaşı, həm də dilənçi gününə düşüblər. Yəni əsil niyyət başqadır, qara qızın dərdi var”. “Azadlıq” qəzeti iddia edir ki, guya əldə etdikləri məlumata görə “dava iki milyon manatı aşan büdcəyə malik qəzeti ələ keçirməkdir”.
