Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 24 kiloqram 130 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, saxlanılanlar var.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Mart ayının 13-ü saat 21:55-də keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd edən Azərbaycan vətəndaşı Dadaşov Novruz İbrahim oğlu saxlanılıb.
Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 980 qram narkotik vasitə aşkar olunaraq götürülüb.