Bakıda zibil qutularından oğurluq edilib.
Kommersant.az xəbər verir ki, ötən gecə saat 03:30 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində oğurluq hadisəsi müşahidə olunub. Belə ki, furqon tipli maşında olan oğrular şəhərin əksər bölgələrində yerləşdirilmiş tullantı geyimlərin geri dönüşümü üçün nəzərdə tutulmuş qutuları "boşaldıblar". Qeyd edək ki, oğrular ərazidəki bütün qutuları tək-tək gəziblər. Oğurluq zamanı qutulara da zərər verən şəxslərin kimliyi bilinmir. Zənnimizcə, sözügedən tullantılar ikinci əl paltarların satıldığı mağazalarda satışa çıxarılmaq üçün oğurlanır. Son günlər ölkəmizdə oğurlu və cinayət əməllərinin sayının artması da diqqət çəkən başqa bir məqamdır.