Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

“Gürcü Arzusu”: Saakaşvili siyasi məhbus deyil, cinayətkardır

732
Paylaş:
“Gürcü Arzusu”: Saakaşvili siyasi məhbus deyil, cinayətkardır

Mixeil Saakaşviliyə siyasi məhbus münasibəti göstərilməsi Avropa Parlamentində mövcud olan korrupsiya problemlərini göstərir.

Bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib. O, sabiq Prezident Mixeil Saakaşvilinin siyasi məhbus olmadığını, cinayətkar olduğunu vurğulayıb.

“Bizim üçün bu əlbəttə ki, son dərəcə qəbuledilməzdir, Mixeil Saakaşvili ən ciddi cinayətlərə görə həbs edilmiş cinayətkardır”, - deyə Kobaxidze bildirib.

Qeyd edək ki, bu gün Avropa Parlamentində “Öldürülməsi əmr edilmiş siyaasi məhbuslar: Vladimir Kara-Murza, Mixeil Saakaşvili, Aleksey Qorinov” adlı debat keçiriləcək.

APA

Paylaş:

Ən son xəbərlər