14 mart 2023-cü il tarixdə gecə saatlarında Lənkəran Dövlət Universitetinin rəsmi feysbuk səhifəsində adminstrator Ənvər Şahqubadbəylinin səhlənkarlığına görə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi ilə bağlı qərəzli, universitetin maraqlarını və həqiqəti əks etdirməyən, bu ali təhsil ocağının mənafeyinə uyğun olmayan yazı dərc edilib.
Universitetdən verilən məlumata görə, həmin yazıda həmçinin universitetə ünvanlanmış, LDU-nun Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyevin sərəncamında olan rəsmi məktubdan istifadə edilib:
"LDU-nun mətbuat xidməti olaraq bir daha media qurumlarının, sosial şəbəkə istifadəçilərinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi rəsmilərinin diqqətinə çatdırırıq ki, həmin paylaşımda verilən məlumatlar universitetin rəsmi mövqeyi deyil.