Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək verdiyini bildirib.
Frank-Valter Ştaynmayer: Almaniya Brüssel sülh gündəliyini dəstəkləyir
Pravda.az xəbər verir ki, Almaniyanın dövlət başçısı iki ölkə arasında tezliklə sülh müqaviləsinin imzalanacağına ümidvar olduğunu qeyd edib.
Frank-Valter Ştaynmayer vurğulayıb ki, ölkəsi Avropa İttifaqının üzv dövləti olaraq Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə həyata keçirilən Brüssel sülh gündəliyini dəstəkləyir.