Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Prezident İlham Əliyev: Biz 44 günlük Vətən müharibəsində sübut etdik ki, Qarabağ Azərbaycandır

595
Paylaş:
Prezident İlham Əliyev: Biz 44 günlük Vətən müharibəsində sübut etdik ki, Qarabağ Azərbaycandır

Əfsuslar olsun ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə bugünkü Ermənistanın baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi.

Pravda.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında bildirib.

“Biz 44 günlük Vətən müharibəsində sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Bu nida işarəsini biz 8 noyabr 2020-ci ildə Şuşada qoyduq”, - Azərbaycan dövlət başçısı qeyd edib.

Paylaş:

Ən son xəbərlər