Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə yeni rəis təyin olunub.
Bu vəzifəyə daha əvvəl Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsini rəisinin müşaviri vəzifəsində işləyən Riyad Qasımov təyinat alıb.
Riyad Qasımov müşavir vəzifəsini də bu ilin yanvar ayından icra edir. Daha əvvəl - 2017-22-ci illərdə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri olub.
1977-ci ildə anaadan olan Riyad Qasımov 2013-2017-ci illərdə İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Departament rəhbəri olub.