Martın 16-sı saat 03 radələrində 1988-ci il təvəllüdlü Cəsarət Vəliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan verilən məlumata görə, ilkin araşdırma zamanı Cəsarət Vəliyevin tanışı ilə birgə "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən restoranlardan birində yemək yeyərkən musiqi sifariş etməyə görə qonşu masada əyləşən şəxslərlə aralarında yaranmış mübahisə zamanı bıçaq xəsarəti alması və həmin xəsarət nəticəsində xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.