Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ramil Orucov vəzifəsindən azad edildi

3 054
Paylaş:
Ramil Orucov vəzifəsindən azad edildi

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Ramil Orucov vəzifədən azad edilib.

Pravda.az-ın xəbərinə görə, bu barədə qərar bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclasında qəbul edilib.

Qeyd edilib ki, Gəncə şəhər təşkilatının sədri Ramil Orucovun səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul edilib. YAP İdarə Heyətinin üzvləri Musa Quliyev və Eldar İbrahimov R.Orucova şəfa diləyərək partiyadakı fəaliyyətinə görə təşəkkürlərini bildiriblər.

Paylaş:

Ən son xəbərlər