Azərbaycanın Gürcüstanla quru sərhədlərinin açılacağı barədə xəbərlər yayılıb. Gürcüstan mətbuatında yer alan məlumata görə, may ayının 1-dən Azərbaycan-Gürcüstan arasında quru sərhədinin açılması planlaşdırır. Lakin Azərbaycan tərəfi bununla bağlı hər hansı rəsmi mövqe ortaya qoymayıb.
Sərhədlərin açılması haqda Modern.az-a danışan Milli Məclisin deputatı Rüfət Quliyev iddiaların reallığı əks etdirmədiyini söyləyib. Onun sözlərinə görə, quru sərhədlərin açılmasına dair Nazirlər Kabineti yanında Operativ Qərargah hər hansı qərar verməyib:
"Bu barədə məlumatı yalnız Operativ Qərargah verə bilər. Yəni bu məsələ onların səlahiyyətindədir. Azərbaycanda rəsmi olaraq belə bir məlumat yayılmayıbsa, Operativ Qərargahın qərarını gözləməliyik".