Bakıda qadına qarşı quldurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 16-da Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində maskalı bir nəfərin Bakı şəhər sakini olan qadına zor tətbiq edərək içərisində 3000 manatı olan çantasını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub.