BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Vyanada keçirilən tədbir qalib Azərbaycan dövlətinin rəhbərinin uğurlu xarici siyasət kursunun beynəlxalq təşkilatlara da adaptasiyası prosesinin bir mərhələsidir"

Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin və Medianın İnkişafı Agentliyinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti tərkibində 13-14 mart 2023-cü il tarixlərində Vyana şəhərində ATƏT-in Şimali Makedoniya Sədrliyi və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən “Media plüralizmi hərtərəfli təhlükəsizliyin əsas təməllərindən biri kimi” mövzusunda keçirilən ATƏT-in insan ölçüsü üzrə birinci əlavə görüşündə spiker qismində iştirak etdim. Bu, Azərbaycan mediası tarixində ilk belə tədbir idi. Azərbaycan media tarixində bu ilk və tarixi tədbir Qarabağ münaqişəsi illərində öldürülmüş və son iki ildə minaya düşərək şəhid olmuş 3 Azərbaycanlı jurnalistimizin xatirəsinə ithafən , dünyada müharibələrin və münaqişələrin işıqlandırılmasında media işçilərinin müdafiəsi -  “Münaqişə jurnalistikası və jurnalistlərin təhlükəsizliyi” mövzusuna həsr edilmişdi”.

 

Pravda.az xəbər verir ki, bunun Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Gənc Demokratlar İnstitutunun sədri Yeganə Hacıyeva deyib.

 

Y.Hacıyeva bildirib ki, Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən, Gənc Demokratlar İnstitutunun rəhbəri və Mətbuat Şurasının İdarə Heyətinin üzvü kimi qatıldığım tədbirdə bəzi məqamlar mənim üçün də gözlənilməz və qürürverici oldu: “Tədbirdən sonra istər ev sahibi qismində çıxış edən Şimali Makedoniya Sədrliyinin, istərsə də iştirakçı qismində ATƏT-dəki Avropa Birliyi və ABŞ nümayəndəliyinin əməkdaşları tərəfindən edilən təşəkkür və təbrikə görə tədbir geniş faydalı məlumatlı və yüksək proffessionallıq nümayişi ilə, heç şübhəsiz 13-14 mart tarixində Vyanada keçirilən ATƏT sessiyasında baş tutan güclü tədbirlərdən biri kimi yadda qaldı. Bu 44 günlük Vətən müharibəsindən sonra, qalib Azərbaycan dövlətinin və dövlət rəhbərinin uğurlu xarici siyasət kursunun beynəlxalq təşkilatlara da adaptasiyası prosesinin bir mərhələsidir və bizim hələ görməli olduğumuz işlər var”.

 

“Türkiyə Respublikasının ATƏT yanında nümayəndəliyinin əməkdaşının tədbirdən sonra  yaxınlaşaraq, səsləndirdikləri  “sizinlə çox qurur duyduq” fikirləri isə iştirakçılar arasından işimizə verilən yüksək qiymətlərin ən səmimisi idi. Sessiya çərçivəsində, digər panellərin birində bədnam qonşularımızın dövlət nümayəndəsinin əsassız və nifrət dolu çıxışları ilı hücümlarına məruz qalsam da, daimi nümayəndəliyimizin qəhrəman diplomatları onları yerində otuzdurdu və mən sözün əsl mənasında qüdrətli Azərbaycan dövlətinin müdafiəsini hiss etdim. Belə faydalı və tarixi tədbir, ümumilikdə isə belə intensiv-işgüzar və pozitiv ruhda davam edən 4 gözəl gün üçün Azərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyinin rəhbəri-səfirimiz Rövşən Sadıqbəyliyə və onun gənc amma mükəmməl diplomat əməkdaşlarına təşəkkür edirəm. Ayrıca dərin təşəkkür və minnətdarlığımı, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov və onun səmimi və işgüzar komandasına bildirirəm. Hər şey daha güclü Azərbaycan üçün” – MŞ-nın İdarə Heyətinin üzvü əlavə edib.

Fotoları təqdim edirik
Tarix: 17 Mart 2023, 13:05   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin