Naxçıvan Muxtar Respublikasının keçmiş Maliyyə naziri Rafael Əliyev və Naxçıvan Dövlət Gömrük Komitəsinin şöbə rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun həbs müddətləri uzadılıb.
Pravda.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə təqsirləndirilən şəxslər Əsgərov Mənsur Turan oğlu və Əliyev Rafael Rza oğlunun həbsdə saxlama müddətlərinin uzadılması barədə istintaq orqanının vəsatətlərinə baxılıb.