“Azəriqaz”ın Ağsu Regional Qaz İdarəsinin Ucar rayon qaz xidmət sahəsinin 25 nəfərlik kollektivi tətil elan edib.
Pravda.az xəbər verir ki, bununla bağlı onlar sosial şəbəkədə paylaşım ediblər.
Xidmətin əməkdaşı Məmmədov İlkin Vidadi oğlu bildirib ki, Ağsu Regional Qaz İdarəsində Baş mühəndis Zaur Məmmədov tərəfindən təhqirə məruz qalıb və işdən azad edilib.