Çanaqqalada Azərbaycan şəhidlərinin xatirə abidəsi ucaldılıb.
Çanaqqalada Azərbaycan şəhidlərinin xatirə abidəsi ucaldıldı
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviter hesabında yazıb.
“Çanaqqala Zəfərinin 108-ci ildönümündə Çanaqqala Şəhidliyində türk qardaşlarımızla birlikdə bu müqəddəs torpaqda canlarını fəda edən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarətçilərin istifadəsinə verilib”, - səfir qeyd edib.