İqtisadiyyat Nazirliyi muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi qaydaları barədə videotəlimat yayımlayıb.
Pravda.az-ın verdiyi xəbərə görə, təqdim olunan videoda koronavirus pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi məqsədilə onlayn müraciətin tərtib olunması qaydası əks olunub.