Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Bəxtiyar Hacıyev Prezident İlham Əliyevdən kömək istədi - FOTO

1 539
Paylaş:
Bəxtiyar Hacıyev Prezident İlham Əliyevdən kömək istədi -   FOTO

Sosial şəbəkədə hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin imzası ilə ölkə başçısı İlham Əliyevə ünvanlanan müraciət dərc edilib.

“Həbsdən azad olunmağım üçün kömək etməyinizi xahiş edirəm” – deyə, müraciətdə bildirilib.

Bəxtiyar Hacıyevin vəkillərindən biri “Basta”nın sualına cavab olaraq müraciətin Bəxtiyar Hacıyevə məxsus olduğunu təsdiqləyib.

Ötən il dekabrın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Sonradan müstəntiqin vəsatəti əsasında həbs-qətimkan tədbiri aprelin 28-dək uzadılıb.

Paylaş:

Ən son xəbərlər