Martın 19-u saat 00:15-də Astara rayonu Artupa kənd sakini 1993-cü il təvəllüdlü Alqış Quliyevin müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Astara rayon prokurorluğundan məlumat verilib.
İlkin araşdırma zamanı 1986-cı il təvəllüdlü Şamxal Şahverdiyevin həmkəndlisi Alqış Quliyevin yaşadığı evə daxil olub kəsici-deşici alətlə xəsarətlər yetirərək onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.