BURADA REKLAMINIZ OLA
BİLƏR

DSX bu şirkətdən 5 milyonluq zirehli gödəkcə və dəbilqə alır

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi "SMM Tekstil" MMC (VÖEN- 1504697411) olub.

 

Yeniavaz.com xəbər verir ki, qalib şirkət DSX-ya 5 000 ədəd zirehli gödəkcə, 5 000 ədəd zirehli dəbilqə satacaq və qarşılığında 4 milyon 959 min 999 manat 2 qəpik alacaq.

 

Məlumat üçün bildirək ki, tenderin qalibi olan "SMM Tekstil" MMC 05.08.2019-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 210 000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Xarici Dairəvi, ev məh. 2038-də yerləşir. MMC-nin qanuni təmsilçisi Muhammed Demirdir.

Tarix: 19 Mart 2023, 20:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin