Hesablama Palatası Naxçıvan MR Dövlət Baytarlıq Xidmətində yoxlamalar aparır. Artıq bir həftədi davam edən yoxlamalar süni mayalanma və arıçılıq üzrə fermerlərə ödənilən subsidiyaları əhatə edir. Ovqat.com-un məlumatına görə, yoxlamalar nəticəsində subsidiyaların ödənilməsində ciddi korrupsiya faktları aşkarlanıb.
Sübuta yetirilib ki, subsidiyaların mənimsənilməsində bu gün Naxçıvana faktiki rəhbərlik edən və Prezidentin səlahiyyətli nümayəndəsini belə incə hiyləgərliyi ilə istədiyi istiqamətə yönləndirən Azər Zeynalovun xüsusi rolu olub. İddialar inansaq, Azər Zeynalov illərdir fermerlərə ödənilməli olan ödənişlərin ayrı ayrı şəxslərin hesabına köçürülərək bir yerə toplayıb Vasif Talıbova çatdırırmış.