Martın 19-da Rusiyanın nəzarətində olan Ukraynanın Mariupol şəhərində üzərində Ermənistan və Dağıstan bayraqları olan “humanitar” yük maşınları görünüb.
Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşşenko özünün Telegram kanalında bildirib. Onun sözlərinə görə, Rusiya prezidentinin səfərindən sonra dağıdılmış şəhərdə yük maşınları karvanının müşayiəti ilə müşahidə olunub.