BURADA REKLAMINIZ OLA
BİLƏR

Pakistanın sabiq baş naziri terrorizmdə ittiham olundu

İslamabad polisi ölkənin keçmiş baş naziri və müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının sədri İmran Xana, onun 17 köməkçisinə və onlarla tərəfdarına qarşı terrorizm və digər milli qanun pozuntuları ittihamı irəli sürüb.

 

İttihamlar bir gün əvvəl İslamabadda Xanın kortejini müşayiət edən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə partiya tərəfdarları arasında toqquşmadan sonra ortaya çıxıb.

 

Məlumta görə, Pakistanın keçmiş baş naziri vəzifədə ikən xarici liderlərdən aldığı bahalı hədiyyələrin satışı ilə bağlı keçirilən məhkəmə iclasında iştirak etmək üçün paytaxtın rayon məhkəməsinə gedirmiş. İnsident zamanı 50-dən çox polis əməkdaşı yaralanıb, 59 Xan tərəfdarı həbs edilib.

 

Bildirilir ki, son ittihamlar siyahısına terrorizm, polis əməkdaşlarına işlərinə mane olmaq, asayiş keşikçilərinə hücum etmək, polis əməkdaşlarına xəsarət yetirmək və onların həyatını təhlükəyə atmaq kimi maddələr var.

 

APA

Tarix: 20 Mart 2023, 08:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin