Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Adil Əliyevdən Novruz təbriki

738
Paylaş:
Adil Əliyevdən Novruz təbriki

Milli Məclisin sədr müavini Adil Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Əziz və dəyərli Azərbaycan xalqı, Sizləri Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bahar əhval-ruhiyyəsini gətirən bu bayramda hər birinizə bol ruzi-bərəkət, mehribançılıq və firavanlıq arzu edirəm. Canınız hər zaman sağlam, arzularınız gerçək olsun. Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini yüksək hörmət və ehtiramla yad edir, Allahdan onların əziz ruhuna rəhmət, ailələrinə səbir və qazilərimizə şəfa diləyirəm. Hər zaman əmin-amanlıqda olmağınız diləyi ilə, bayramınız mübarək!”

Paylaş:

Ən son xəbərlər