BURADA REKLAMINIZ OLA
BİLƏR

Lavrov: Britaniyanın Ukraynaya tükənmiş uran sursatları verməsi münaqişəni daha da gərginləşdirəcək

Böyük Britaniyanın Ukraynaya tükənmiş uran sursatları verməsi münaqişənin daha da gərginləşməsi istiqamətində bir addım olacaq.

 

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

“Bu, eskalasiyanın növbəti keyfiyyətcə, ciddi artımına doğru addımdır”, deyə Rusiya XİN başçısı vurğulayıb.

 

Lavrov xatırladıb ki, Yuqoslaviya və İraqda tükənmiş uran sursatlarından istifadəsi onkoloji xəstəliklərin və torpaq çirklənməsinin kəskin artmasına səbəb olub: “Bu, yeri gəlmişkən, Qərbin Ukraynada kənd təsərrüfatı istehsalının artırılmasının qayğısına qalması və Ukrayna taxılının inkişaf etməkdə olan ölkələrə, o cümlədən Afrikaya ixracına diqqət yetirməsi ilə bağlıdır. Tükənmiş uran döyüş sursatlarının istifadəsi Ukraynanın yüksək keyfiyyətli, çirklənməmiş qida istehsal etmək imkanlarını, kəskin şəkildə azaldacaq".

 

Eyni zamanda, Lavrov qeyd edib ki, bir sıra ölkələr, o cümlədən aparıcı Qərb ölkələri tükənmiş uran sursatlarının istifadəsini qadağan edən beynəlxalq konvensiyanın hazırlanmasına mane olur.

 

“Əlamətdardır ki, konvensiya olmadığı halda, BMT Baş Assambleyası müntəzəm olaraq tükənmiş uran sursatlarının istehsal olunmamasına və istifadə edilməməsinə çağıran qətnamələrə baxır”, - deyə Rusiya XİN başçısı əlavə edib.

 

APA

Tarix: 22 Mart 2023, 17:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin