BURADA REKLAMINIZ OLA
BİLƏR

“Tehran Nizamini “fars şairi” adlandırmaqla İranda yaşayan azərbaycanlıları da təhqir edir”

İran rəsmiləri nəfəslərini dərmədən “Nizami fars şairidir” deməkdən yorulmurlar. Bu Tehranın Azərbaycana qarşı illərdir həyata keçirdiyi təxribat planının bəndlərindən biridir. İmkanları olsa müasir tarixi də saxtalaşdırıb digər böyük azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarı da “böyük fars” şairi adlandırarlar.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“Görəsən biz də Firdovsi üçün “böyük ərəb şairi” desək, Tehranın reaksiyası necə olar? Əslində Tehran Nizamini “fars şairi” adlandırmaqla İranda yaşayan azərbaycanlıları da təhqir edir. Şəhriyarın Təbrizdə dəfn edildiyi “Şairlər məqbərəsi”ndə Nizaminin protretinin altında “böyük fars şairi” ifadəsi yer alıb. Əslində farslar Nizaminin onlardan biri  olduğuna inanmırlar, əks halda böyüklü-kiçikli bütün şəhərlərdə Firdovsinin heykəllərini ucaldan rejim Nizamiyə də İranda eyni ehtiramı göstərər”, - E.Şahinoğlu qeyd edib.

Tarix: 22 Mart 2023, 18:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin