Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında 93 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Şarjah-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.