Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

"Nə qədər ki, Ərdoğan hakimiyyətdədir hərbi baza məsələsini reallaşdırmaq faydalı olar"

988
Paylaş:
"Nə qədər ki, Ərdoğan hakimiyyətdədir hərbi baza məsələsini reallaşdırmaq faydalı olar"

@Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan 2021-ci ilin iyun ayında Azərbaycana səfərdən geri qayıdarkən təyyarədə türkiyəli jurnalistlərdən birinin “Azərbaycan ictimaiyyətində Türkiyənin hərbi baza məsələsində ciddi tələb var. Şuşa Bəyannaməsidə hərbi baza məsələsi varmı” sualına belə cavab vermişdi: “Bu məsələ bəyannamədən kənarda deyil. Burada daha sonra addımlar ata bilərik”. Yəni Ərdoğan bu cavabı ilə Türkiyənin Azərbaycanda hərbi bazanın yaradılmasını istisna etməmişdi. Türkiyədə mayın 14-də prezident seçkisi keçiriləcək. Bu seçkilərin nəticəsi bəlli deyil. Ona görə nə qədər ki, Ərdoğan hakimiyyətdədir hərbi baza məsələsini reallaşdırmaq faydalı olar.

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

“İran, qarşısında Azərbaycan-Türkiyə hərbi ittifaqının real gücünü görməyincə təxribatlardan əl çəkməyəcək. Türkiyənin Azərbaycanda hərbi bazası Rusiyanı da Azərbaycana qarşı təxribatlardan çəkindirəcək amillərdən birinə çevrilə bilər”, - E.Şahinoğlu qeyd edib.

Paylaş:

Ən son xəbərlər