Zəlzələ nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.
Pravda.az “Report"a istinadən xəbər verir ki, bu barədə Naxçıvan MR FHN-in mətbuat xidmətindən məlumat verilib.
***
07:42
İran ərazisində qeydə alınan zəlzələ Naxçıvan Muxtar Respublikasında da hiss olunub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkan yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 km cənub-qərbdə, İranın Xoy şəhərində qeydə alınıb.