"Bəzi müğənnilərin rəftarı düzgün deyil. Özlərini aparmaqları düzgün deyil, insanlarda qıcıq yaradırlar. Mənə də yekəxana deyirlər, amma deyiləm. Qıcıq yaradan müğənnilər var".
Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Həmin Zaur" verilişində deyib. Müğənni tənqid edilən sənət adamlarından danışaraq, onların insanlardan qıcıq yaratdığını deyib.