Şamaxıda işsizlik, su problemi və qaz limiti ilə bağlı məsələləri Milli Məclisin katibliyinə yazılı surətdə təqdim etdim.
Aprelin 9-da keçirilən Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildəki fəaliyyəti haqqında hesabat dinlənildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında video hesabat təqdim edildi. Hesabat onu göstərdi ki, 2019-cu il Azərbaycan tarixinə “islahatlar ili” kimi daxil olacaq. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliy ilə aparılan davamlı islahatlar və həyata keçirilən sosial-iqtisadi tədbirlər nəticəsində 2019-cu ildə makro-iqtisadi və maliyyə sabitliyi təmin olunaraq dayanıqlı iqtisadi artıma nail olunub. 2018-ci ildə başlanan islahatlar 2019-cu ildə kadr və struktur islahatları ilə davam etmişdir. Nazirlər Kabinetinin hesabatında görülən bütün işlər və uğurlar geniş və faktlarla əks olunmuşdu.
İclasda mövcud pandemiya şəraiti ilə bağlı vaxt məhdudluğu nəzərə alınaraq, millət vəkillərinə öz təkliflərini yazılı təqdim etmək imkanı yaradılmışdı. Millət vəkili olduğum Şamaxı rayonunun problemləri ilə bağlı Milli Məclisin katibliyinə yazılı olaraq müraciət ünvanladım.
Pandemiya ilə bağlı hələ deputat kimi rayona gedə bilməsəm də, seçki kampaniyası zamanı Şamaxının bütün kəndlərində seçicilərlə görüşmüşəm. Seçicilərin qaldırdığı bütün problemlər qeydə alınıb, sistemləşdirilib. Hazırda pandemiya şəraitində seçicilərlə sosial şəbəkələr və telefon vasitəsilə əlaqə saxlayıram və onların problemlərini həll etməyə çalışırıram.
Milli Məclisin katibliyinə verdiyim təklifləri diqqətinə çatdırmaq istəyirəm: