Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində 1974–cü il təvəllüdlü Dəyanət Tapdıq oğlu Cəfərovun qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Ələtdə qətl törətməkdə şübhəli bilinən şəxs tutuldu
Bu barədə Pravda az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini, 1989-cü il təvəllüdlü Şahin Ehtibar oğlu Quliyev tutularaq istintaqa təhvil verilib.