Belarusda dövlətə xəyanətə görə məmurlara ölüm cəzası nəzərdə tutan qanun qüvvəyə minib.
Nazirlər Şurası 2022-ci il oktyabrın sonunda Belarus Milli Assambleyasının Nümayəndələr Palatasına (aşağı palata) cinayət qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı qanun layihəsi təqdim edib. Qanun dekabrın əvvəlində birinci oxunuşda, 2023-cü il fevralın sonunda isə ikinci oxunuşda qəbul edilib.
Fevralın sonunda sənədi Respublika Şurası (yuxarı palata), martın 9-da isə prezident Aleksandr Lukaşenko imzalayıb.