Ötən il üçün bankların maliyyə fəaliyyətinin yekunlarına dair hesabatdan məlum olur ki, Azərbaycanın aşağıdakı bankları xalis mənfəət üzünə həsrət qalıb, 2019-cu ili ziyanla başa vurub:
1 AGBank ASC - 2.1 milyon manat
2 Muğanbank ASC - 8.3 milyon manat
3 Amrahbank ASC - 11.2 milyon manat
4 AccessBank QSC - 89.7 milyon manat
5 AtaBank ASC - məlumat yoxdur.
Xalis mənfəəti ən çox olan və top 10-a daxil edilən banklar siyahısı isə belədir:
1 Beynəlxalq Bankı ASC +302.3
2 Kapital Bank ASC +134.7
3 Unibank KB ASC +78.6
4 PAŞA Bank ASC +65.0
5 Xalq Bank ASC +33.4
6 Bank of Baku ASC +24.6
7 Bank Respublika ASC +20.4
8 Expressbank ASC +19.1
9 Rabitəbank ASC +11.1
10 Premium Bank ASC +8.9
Hesab edirəm ki, xalis mənfəətə malik olan banklar hazırkı dövrün iqtisad çətinliklərini və özəlliklərini nəzərə alıb, korporativ sosial məsuliyyətləri əsaslnda müştərilərinə kredit borcları üzrə tətillər verməlidir. Onsuz da hazırda banklar da izafi likvidlik problemi mövcuddur, əldə etdikləri əlavə vəsaitləri yerləşdirmək də işgüzar aktivlik aşağı düşməsi səbəbindən mümkün deyildir. Odur ki, hazırda bankların müştərilərinə verdiyi tətil onların maliyyə mötəbərliyinə mənfi təsir göstərməyəcək, əksinə müştərilərin etimadını qazanmaqla onlara gələcəkdə əlavə divident gətirə bilər. Odur ki, banklara bir daha çağırış edir və onları müştərilərinin ehtiyaclarını nəzərə almağa dəvət edirəm.
Qubad İbadoğlu
İqtisadçı