Mart ayının 26-da saat 00:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Şatırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək saxlanılıb.