Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

DİN: Özlərini xəstə kimi təqdim edib insanların yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir

751
Paylaş:
DİN: Özlərini xəstə kimi təqdim edib insanların yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir

Daxili İşlər Nazirliyi dələduzluq faktları ilə bağlı müraciət edib.

Pravda.az xəbər verir ki, müraciətdə deyilir:

“Ramazan birlik, bərabərlik, xeyirxahlıq və şəfqət ayıdır. Çox təəssüf ki, sosial şəbəkələrdə özlərini köməyə ehtiyacı olan və ya xəstə kimi təqdim edib bu müqəddəs günlərdə insanların xeyirxahlığından, yardımsevərliyindən yararlanmaq istəyən dələduzlara rast gəlinir. Onlar bu məqsədlə saxta profillər yaradaraq öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər.

Vətəndaşlarımızdan yalnız tanıdıqları və həqiqətən də ehtiyacı olan şəxslərə yardım etmələrini, saxta profillər işlədənlərə inanmamağı tövsiyə edirik”

Paylaş:

Ən son xəbərlər